Baş prokurorun Rusiya səfəri başa çatıb

03.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Səfər çərçivəsində oktyabrın 1-də Kamran Əliyev Kazanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib.

İclasda “Ənənəvi ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanlar arasında qanunazidd məzmunun yayılmasının qarşısının alınması” mövzusunda çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında ailə və uşaqların müdafiəsinin möhkəm konstitusion və qanunvericilik əsaslara malik olduğunu bildirib. O qeyd edib ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir, uşaqların hüquqlarının, qanuni mənafelərinin və təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbir çərçivəsində Kamran Əliyevlə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yeni təyin olunmuş icraçı katibi Aleksandr Gennadyeviç Bajenov arasında görüş keçirilib. Azərbaycanın BPƏŞ-in fəaliyyətində fəal iştirakı, o cümlədən qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində Baş prokuror Tacikistan, Qığızıstan, Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə də görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью