Baş prokurorun Sabunçu rayonunda vətəndaş qəbulu

23.04.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aprelin 22-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonu və digər bölgələrdən olan vətəndaşların müraciətlərini dinləyib.

Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью