Baş Qərargah rəisi təsdiqlədi: Əməliyyat davam edəcək!

06.06.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzada vəziyyəti dəyərləndirmək üçün iclas keçirib və hərbi əməliyyatın davam etdirilməsi üzrə əməliyyat planlarını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Zamir vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatın davam etdirilməsi üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib”, - deyə bildirilib.

Qərargah rəisi hərbi əməliyyatların anklavın həm cənubunda, həm də şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstəriş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью