Baş Qərargah Rusiya ordusunun 26 yanvara olan itkilərini açıqlayıb

26.01.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Ukraynada müharibə başlayandan bəri verdiyi itkilərlə bağlı son məlumatları yayıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 1020 rusiyalı hərbçini zərərsizləşdirib. Həmçinin iki tank, bir zirehli döyüş maşını, 32 artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi (RZYA) və 917 pilotsuz uçuş aparatı məhv edilib.

Baş Qərargahın məlumatında bildirilir ki, 24 fevral 2022-ci ildən 26 yanvar 2026-cı ilədək Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində ümumi canlı qüvvə itkiləri təxminən 1 milyon 235 min 60 nəfər təşkil edib. Son sutka ərzində bu rəqəm 1020 nəfər artıb.

Müharibənin əvvəlindən indiyədək Rusiya ordusunun itkiləri aşağıdakı kimidir:

11 608 tank (+3)

23 951 zirehli döyüş maşını (+1)

36 644 artilleriya sistemi (+32)

1 626 reaktiv yaylım atəş sistemi (+2)

1 286 hava hücumundan müdafiə vasitəsi

434 təyyarə

347 helikopter

115 813 operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatı (+917)

4 205 qanadlı raket

28 hərbi gəmi və kater

2 sualtı qayıq

75 906 avtomobil və yanacaq sisterni (+147)

4 051 xüsusi texnika (+1)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью