Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hürriyyət" qəzeti və "Hürriyyət TV"də əməliyyat keçirilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.
***
Hüquq-müfahizə orqanları “Hürriyyət TV”də əməliyyat keçirib.
Redaktor.az bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"nin ofisində axtarış aparılıb, kompyüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.