Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmədə “Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəflinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a isitnadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti edilməyib.
Qeyd: “Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq qadağan edilib. Ali Məhkəmədə keçirilən sonuncu prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.