Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Xəbər saytın hər bir oxucusuna aydın olmalıdır.
“Report” xəbər verir ki, bu sözləri Oxu.az saytının baş redaktor müavini Fərid Novruzov Report Media Məktəbinin iştiraktələbələri ilə görüşdə deyib.
F.Novruzov qeyd edib ki, hətta mövzudan xəbərdar olmayan hər bir oxucu ilk andan yazının mahiyyətini dərk etməlidir: “Əgər siz xəbəri oxuyub anlaya bilmirsinizsə, deməli oxucu da məlumatı qavraya bilməyəcək.
İnformasiyanın vacib məqamlarını və mahiyyətini çatdırmaq çox əhəmiyyətlidir.
Yaşadığınız ərazidə mövcud olan sosial, məişət problemlərini də unutmamalısınız.
Xəbərlər rəngarəng olmalı, press-relizlər isə yığcam hala gətirilməlidir. Tərcümədə isə sərbəstliyə yol verilə bilər.
Hər şey gündəmdən və redaksiya siyasətindən asılıdır". Baş redaktorun müavini süni intellektin müasir mediaya təsirindən də danışıb.
“Süni intellektdən jurnalistikada geniş istifadə edilir, tərcümədə, foto və mətnlərin yaradılmasına yardım edir.