Baş rol ifaçısı serialdan getdi

09.06.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TRT 1 ekranlarında yayımlanan "Teşkilat" serialında növbəti ayrılıq baş tutub. Ekran işinin altıncı mövsüm finalında Hilal obrazı həyatını itirib. Bununla da obrazı canlandıran baş rol ifaçısı Rabia Soytürk layihə ilə vidalaşıb.
Demokrat.az xəbər verir ki, aktrisa instaqram hesabında vida paylaşımı edib. Paylaşımda əməyi keçən bütün komandaya təşəkkürünü bildirən aktrisa Hilal obrazını çox sevdiyini və hər anından zövq aldığını qeyd edib.
Yay tətilinə çıxan serialda son zamanlar ciddi kadr dəyişiklikləri yaşanır. Rabia Soytürk ilə yanaşı, Serhat Tutumluer, Erkan Bektaş və Yıldıray Şahinler də komandadan ayrılıb. Yaradıcı heyətin yeni mövsüm üçün fərqli aktyorlarla danışıqlar apardığı bildirilir.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью