Baş verənlər faciədir Putindən etiraf

16.08.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna ətrafında vəziyyət Alyaska sammitinin əsas məsələlərindən birinə çevrilib. 

"Unikal" xəbər verir ki, bunu Alyaskada danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib. 

O, Rusiyanın Ukrayna xalqını qardaş hesab etdiyinə və baş verənlərin faciə və böyük ağrı olduğuna diqqət çəkib.

Bundan əlavə, Putin Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən danışıb. Rusiya prezidenti Moskvanın bunun üzərində işləməyə hazır olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью