“Baş verənlər Qafqaz və Qazaxıstan üçün ciddi çağırışlar deməkdir” Açıqlama

17.02.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“Hər iki dünya müharibəsi okeanın o tayında yazılmış ssenari üzrə nəticələndi. Rusiya- Ukrayna müharibəsi də o cür nəticələnəcək. Birinci dünya müharibəsindən sonra ABŞ dünyanın 1 nömrəli iqtisadi gücü oldu. İkinci dünya müharibəsindən sonra dollar qlobal valyuta oldu. Hər iki müharibə və Rusiya - Ukrayna müharibəsi Avropanı Rusiyadan uzaqlaşdırdı”.

Bu fikirləri Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.


Onun sözlərinə görə, Britaniya və ABŞ geostrateqlərinin əsas məqsədlərindən biri Almaniya - Rusiya, Fransa - Rusiya yaxınlaşmasına imkan verməməkdir. Bu 100 il əvvəl də belə indi, indi də.

Politoloq bildirib ki, Trampın Ukrayna məsələsinə yanaşması beynəlxalq hüquq nöqteyi-nəzərindən yeni paradiqmanın formalaşmasına gətirib çıxara bilər:

"Baş verənlər danışıqların əsasında "güc" faktorunun olduğunu sübut edir. Bu, Qafqaz və Qazaxıstan üçün ciddi çağırışlar deməkdir”.

Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью