Baş yolda olan maşına baxmadan qarşısına çıxan sürücü 90DD105 VİDEO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Növbəsini gözləmədən yolayrıcına daxil olan sürücülər kifayət qədərdir.
Bəzi küçələrdə quraşdırılan işıqforlar sürücülərin hərəkətini nizamlayır. Lakin nizamlanmayan yolayrıcılarında vəziyyət çətinləşir.
Bu halda bəzi sürücülər hərəkət üstünlüyü olan maşına yol vermədən hərəkət edirlər.
Hətta bir qismi yolayrıcına girən zaman yola baxmadan sağa, yaxud sola dönürlər.
Nəticədə onlar təhlükə yaratmaqla yanaşı qəzalara da səbəb olurlar.
Paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeyd etdiyimiz qayda pozuntusunu törədən sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.
Tam oxu
Xəbəri oxu