“Başakşəhər”in Konfrans Liqasındakı rəqibi bəlli oldu

16.07.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə təmsilçilərindən “Başakşəhər”in UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi Finlandiyanın “İnter Turku” klubu ilə qarşılaşacaq.

Finlandiya komandası I təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Sarayevo” klubunu mübarizədən kənarlaşdırıb. İlk görüş 1:1 hesabı ilə başa çatıb, cavab matçında isə “İnter Turku” 2:1 hesablı qələbə qazanıb. Beləliklə, Finlandiya təmsilçisi ümumi hesabda 3:2 üstün olub.

Cütün ilk oyunu iyulun 23-də “Başakşəhər Fatih Terim” stadionunda, cavab görüşü isə iyulun 30-da Finlandiyadakı “Veritas” stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью