Başakşehir dən darmadağın, Trabzonspor dan heç heçə

02.02.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Superliqasında 22-ci tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. "Başakşehir" evdə "Samsunspor"u darmadağın edib. 

"Trabzonspor" "Kayserispor"la bərabərə qalıb. "Antalyaspor" isə "Hatayspor"a qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinin lideri 54 xala malik (20 oyuna) "Qalatasaray"dır. "Fenerbahçe" 48 xalla (20 matça) 2-ci, "Samsunspor" isə 40 xalla (21 görüş) 3-cüdür.

Türkiyə Superliqası, 22-ci tur

1 fevral

"Hatayspor" - "Antalyaspor" - 2:3

Qollar: Bautobba, 30, Abubakar, 64-pen. - Samudio, 22-pen; Strik, 39, Safuri, 86

"Başakşehir" - "Samsunspor" - 4:0

Qollar: Piatek, 19, 58, 69, Davidson, 86

"Kayserispor" - "Trabzonspor" - 0:0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью