Başakşehirin matçında BayatıŞiraz səsləndi

28.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Başakşehir" (Türkiyə) – "Petrokub" (Moldova) matçında diqqətçəkən hadisə baş verib. 

QOL.az xəbər verir ki, oyunun fasiləsində İstanbulun "Başakşehir Fatih Terim" stadionunda futbolçuların isinmə hərəkətləri etməsi zamanı  "Bayatı-Şiraz" muğamı səslənib. 

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə bitib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью