Basayev dəstəsinin 4 üzvü saxlanılıb

27.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları 1999 və 2000-ci illərdə Çeçenistanda rusiyalı hərbçilərə qarşı hücumlarda iştirak etmiş Şamil Basayev və Əmir Xəttabın dəstəsinin dörd üzvünü saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Saxlanılanlar Rəcəb Xasayev, Arsen Koldasov, Batır Arsanov və Rəsul Taxtamirovdur. Bildirilir ki,  Moskva məhkəməsi  cinayəti törədən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью