Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan ona verilən evi tələb edən qazi cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Beyləqan rayon sakini Adəm Məmmədxanlıya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.
Belə ki, Beyləqan İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayev müharibə iştirakçısı olan Adəm Məmmədxanlını Beyləqan şəhərində müvəqqəti yaşamaq üçün yataqxanada evlə təmin edib.
2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev həmin mənzilin açarını qaziyə müvəqqəti yaşamaq üçün təqdim edib.
Adəm Məmmədxanlı kredit götürərək həmin yataqxananı təmir etdirib və anası ilə sözügedən mənzildə yaşayıb.
Müharibədə aldığı travmalara görə müalicə almaq üçün Adəm Məmmədxanlı bir müddət Bakıda yaşamalı olub.
Bir neçə gün əvvəl Bakıdan Beyləqandakı mənzilə gedib. Amma mənzilin başqa bir müharibə iştirakçısına verildiyini görüb.