Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır.
Ölkə.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov ilə müsahibəni təqdim edir: - Pərviz müəllim, ilk öncə bilmək istərdik ki, başgicəllənmə nədir və hansı növləri var?
- Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir.
Başgicəllənmələr fizioloji və patoloji olmaqla 2 yerə ayrılır.
Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır.
Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.
Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı meydana çıxır.