“Başı ağrıyırmış, bacısına deyib hamama gedib” Video

15.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.

Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:

“Bir saylı yataqxanada olub. Mən də orada qalıram. Deyilənə görə, qızın başı ağrıyırmış. Bacısına xəbər verərək hamam otağına gedib. Bacısı onun uzun müddət geri qayıtmadığını görüb və narahat olub. Hamam otağının qapısı bağlı olduğundan kilidi açıblar. İçəri daxil olanda qızın yerdə uzandığını görüblər. Dəqiq bilmirəm, təzyiqi düşüb, yoxsa beyninə qan sızıb. Mən ikinci mərtəbədə qalıram, həmin qız isə üçüncü mərtəbədə yaşayırmış. Onu şəxsən tanımırdım, amma otaq yoldaşlarım tanıyırdılar”.

Tələbə yataqxanadakı hamam otaqlarının ümumi istifadədə olduğunu da bildirib. Onun sözlərinə görə, hər hamam otağında dörd-beş kabinə var.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью