Başı aşağı gəzirsiniz? Səbəbi açıqlandı

06.08.2026

Icma.az bildirir, Medicina portalına istinadən.


Davamlı olaraq başı aşağı vəziyyətdə gəzmək insanın emosional vəziyyəti haqqında müəyyən ipucları verə bilər.

Medicina.az xəbər verir ki, bu barədə “Doscessimo” yazıb.

Bildirilib ki, qeyri-verbal ünsiyyət üzrə mütəxəssis Santyaqo Çemes bu davranış bəzən aşağı özünəinam, sosial ünsiyyətdən yayınmaq və ya mənfi düşüncələrə qapılmaqla əlaqəli ola bilər. Bununla yanaşı, başı aşağı gəzmək stress, yas, ayrılıq və ya depressiya kimi müvəqqəti çətin dövrlərin də əlaməti ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, təkcə bu davranış əsasında hər hansı psixoloji diaqnoz qoymaq mümkün deyil. Lakin bu hal uzun müddət davam edir, insanın gündəlik həyatına təsir göstərir və tənhalıq, dərin kədər kimi əlamətlərlə müşayiət olunursa, psixoloqa müraciət etmək tövsiyə olunur.

Xanım,

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью