Başı gicəllənib yıxıldı Flora Kərimova necədir?

29.04.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью