Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 31-də saat 08:10 radələrində qeydə alınıb.
Videodan görünür ki, 77-VH-702 dövlət nömrə nişanlı “BMW” markalı avtomobili yolda saxlayan sürücü maşının ön tərəfinə baxmaq üçün əyilib və başını nasaz maşına yönəldib.
Belə ki, o, qəfil ayağını zolağa qədər uzadıb və bu zaman ərazidən keçən sürücüyə qəza riski yaradıb.
Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü ehtiyatlı davrandığı üçün baş verəcək bədbəxt hadisənin qarşısını ala bilib.
Qeyd edək ki, belə vəziyyətlərdə sürücü maşını yalnız təhlükəsiz yerə, yol hərəkətinə mane olmayacaq şəkildə saxlamalıdır. Həmçinin, nasaz avtomobillə qarşılaşdıqda digər sürücülərin təhlükəsizliyini təmin etmək üçün xəbərdarlıq siqnalları və ərazidən kənara çıxmaq kimi tədbirlər görmək vacibdir.
Nərmin
Oxunub 280