Başı telefona qarışan qadın maşının üzərinə getdi VİDEO

29.08.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yolun kənarında səki olmasına baxmayaraq, iki qadın piyadanın yolun hərəkət hissəsi ilə getməsi təhlükəli vəziyyət yaradıb. Hadisə paytaxtın Nizami rayonu, Nəsimi küçəsində qeydə alınıb. Videodan da aydın görünür ki, piyadalar mövcud səkidən istifadə etməyərək avtomobillərin hərəkət etdiyi yolla irəliləyirlər. Bu isə həm onların həyatı üçün ciddi risk yaradır, həm də sürücülərin imkanlarını məhdudlaşdıraraq qəza ehtimalını artırır.

Görüntünü qeydə alan sürücü onların yoldan kənara çəkilmədiyini görən zaman dayanmağa məcbur olub.

Qeyd edək ki, qanunvericiliyə görə, piyadalar yalnız onlar üçün nəzərdə tutulmuş səkilərdən istifadə etməlidirlər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью