Başımız dərddədir, Rusiya bu tarixdə hücum edəcək NATO

22.05.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, özümüzü indi müdafiə edə bilərik. Əgər Vladimir Putin bizə hücum edərsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım odur ki, 3-5 il sonra hücum edə bilər. Bəziləri 7 il sonra deyirlər. Bu isə onu deməyə əsas verir ki, müdafiə xərclərimizi artırmasaq, o zaman həqiqətən də başımız dərdədir”.

Ölkə.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte NATO sammiti öncəsi deyib. 

Baş katib bildirib ki, Rusiyanın sərhədlərinə yaxın Baltikyanı ölkələrə və Polşaya hücumu realdır. "Rusiyanın Polşaya hücum ilə Rotterdama hücum arasında fərq beş dəqiqədir. Beləliklə, biz hamımız NATO-nun yalnız şərq cinahındayıq, sadəcə xəritədə  şərqdə olanlar deyil”, - Baş katib bildirib.

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью