Başımıza düşən daş cibimizi dolduracaq? 2030dan sonra hamı milyarder ola bilər | Icma.az
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NASA dünya iqtisadiyyatını kökündən dəyişdirəcək nəhəng asteroid barədə xəbərdarlıq edib.
Bakupost.az -ın xarici KİV-ə istinadən məlumatına görə, dəyəri tam 8 kvintilyon funt olduğu təxmin edilən "16 Psyche" adlı asteroid, dünyada hər kəsi milyarder edə bilər.
Onunla bağlı hərtərəfli araşdırma başlayıb. Belə ki, bu nəhəng qaya parçası platin, palladium və digər qiymətli metallarla zəngindir.
Lakin NASA-nın bunu araşdırmasının əsas məqsədi bu göy cisminin kainatın əmələ gəlməsi ilə bağlı mühüm sirrini açmaqdır.
"16 Psyche"nin sirriBu qiymətli cism təxminən 220 kilometr diametrli nəhəng asteroiddir və 30 faizdən 60 faizə qədər metal tərkibi ilə diqqət çəkir.
Tərkibindəki qiymətli metallar, xüsusilə platin və palladium avtomobil və elektronika sənayesi üçün kritik əhəmiyyətə malikdir.
Adambaşına 1 milyard funt düşəcəkTəxminlərə görə, asteroid Yerə gətirilərsə, Yer kürəsində adambaşına təxminən 1 milyard funt-sterlinq dəyərində sərvət düşə bilər.Eyni zamanda iqtisadçı ekspertlər bildirirlər ki, bu qədər böyük sərvətin dünya iqtisadiyyatına inteqirasiyası sarsıdıcı təsirlər yarada bilər.Tsikil olaraq yaranan bu nəhəng dəyər azad bazar sistemini poza və böyük iqtisadi problemlərə səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu