Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Füzuli rayonunda 2007-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cahidə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 23-də Füzuli şəhərində baş verib. Ramin Cahidin onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən Füzuli şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının arxa hissəsində kənar şəxslərin olmadığı ərazidə onunla mübahisə edib. Bu zaman o, bıçaqla Cahidə iki zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.
Bundan başqa, Raminin satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kibrit qutusunda təmiz çəkisi-7.02 qram, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,06 qram, 0,54 qram, ümumi çəkisi-7,62 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib.
O, 2025-ci ilin martın 26-da Füzuli şəhəri ərazisində olan zaman üzərində narkotik vasitə olması şübhəsi doğurduğu üçün həmin ərazidə xidmətdə olan Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə aşkar olunub.
Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, onunla əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb:
“Yanvarın 23-də, təxminən saat 22 radələrində Füzuli şəhərində yerləşən “Qarabağ İnternet klub”da olarkən Cahidlə aramızda mübahisə baş verdi. Bir-birimizə nalayiq ifadə işlətdik. Bu zaman Cahid məni internet klubdan kənara, qaranlıq yerə çağırdı. Aramızda yenidən mübahisə yarandı. Mənə qarşı nalayiq söyüş işlədiyi üçün onun qarın nahiyyəsinə üzərimdə olan bıçaqla 2 dəfə zərbə vurdum. Cahidi bıçaqla vurduqdan sonra hadisə yerindən qaçdım. Hadisədən sonra dayıma zəng vuraraq məlumat verdim”.
İş üzrə zərərçəkmiş Cahidin sözlərinə görə, Ramini Füzuli şəhərinə köçəndən sonra tanıyıb:
“2025-ci ilin yanvarın 23-də işdən gəldim. Bir qədər sonra evimizin yanında olan “Qarabağ” internet klubuna getdim. Əyləşdiyim masanın yaxınlığında bir neçə şəhər sakini olub. Onlar klubda uca səslə danışdığı üçün irad tutdum. Ramin mənə “başın qaçmasın, üstümüzə qışqırma” sözlərini dedi. Onun səs-küydən nə deməsini yaxşı eşidə bilmədim. Buna görə də Raminə yaxınlaşdım və onu klubun çölünə çağırdım. Ramin mənimlə bayıra çıxan kimi üzərimə gələrək şillə atdı. Daha sonra klubdan çıxan şəxslər biri çağırdı, biz də içəri keçdik. Geri çəkildiyi üçün şillə mənə dəymədi. Onun şillə atmasını qəbul edə bilmədim və əsəbləşdim. Bundan sonra ona yaxınlaşdım, ondan klubdan bayıra çıxmasını istədim. Çölə çıxdım və bir qədər binanın sağ tərəfi ilə boşluq sahəyə tərəf getdik Həmin vaxt Ramin ardımca gəldi. Boşluq əraziyə çatdıqdan sonra Raminə “mən sənə həmişə hörmət etmişəm, sən bununla ikinci dəfədir ki, mənimlə mübahisə edirsən və mənə şillə atırsan, qudurmusan sən? bu hərəkətləri edirsən?” dedim. Bu zaman Raminin qarın nahiyəmə zərbə vurduğunu hiss etdim. Əvvəlcə nə olduğunu anlamadım. Lakin az sonra hiss etdim ki, Ramin qarın nahiyəmə bıçaqla zərbə vurub”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Raminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demorkat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 23-də Füzuli şəhərində baş verib. Ramin Cahidin onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən Füzuli şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının arxa hissəsində kənar şəxslərin olmadığı ərazidə onunla mübahisə edib. Bu zaman o, bıçaqla Cahidə iki zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.