Başına 2 güllə dəyən pensioner sağ qaldı

25.04.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu barədə Rusiya İstintaq Komitəsinin İnquşetiya respublikası üzrə idarəsi məlumat yayıb.
Qeyd edilib ki, insident aprelin 24-nə keçən gecə Karabulakdakı Oskanov küçəsində, evlərdən birinin girişində baş verib: "Naməlum şəxs 71 yaşlı yerli sakinə odlu silahdan azı iki atəş açıb və qurbanın ölümə səbəb olacaq ağır xəsarətlər aldığını düşünərək qaçıb. Lakin zərərçəkən sağ qalıb və Nəzran şəhərində xəstəxanaya yerləşdirilib. Ona başın parietal nahiyəsinin tangensial yarası və boyun nahiyəsinin nüfuz edən yarası diaqnozu qoyulub. Hazırda təqaüdçünün həyatı üçün təhlükə yoxdur".
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью