Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Reper Pasterin (Pərviz Quluzadə) mahnısında həmkarı Dadoya (Səid Əliyev) söz atması qarşı tərəfi özündən çıxarıb.
Axşam.az xəbər verir ki, Dado Pasterin ünvanına sərt ifadələr səsləndirib. O bildirib ki, reper mahnısında onun haqqında yalan ifadələr işlədib:
“Dediklərinə əminsən? Səninlə üz-üzə gələcəyəm, dediyin sözlərin cavabını alacağam. Səhv çıxsa, nə olacaq? Bütün Azərbaycana günahkar olduğunu bildirəcəksən? Qaşını qırxan, başına rəng qoyan oğlan, ağıllı ol, adam adama şər atmaz. Onlarla bir yerdə çalışmışam, sənət dostlarımdır, dostluq da edirəm. Belə bomba oğlansansa, şou-biznesdə nə gəzirsən? Ağıllı ol. Bilməzdim mənim varlığım səni yandırır. Bir nömrəyəm, nə edim”.