Başına yol konusu keçirən sürücü belə traktor sürdü FOTO

02.10.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Bolu şəhərində traktor sürücüsünün başına yol konusu keçirərək hərəkət etməsi diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, hadisə Bolunun Akpınar məhəlləsində, İzzet Baysal küçəsində baş verib. Məlumata görə, traktorla hərəkət edən sürücü başına yol konusu keçirərək nəqliyyatın hərəkət etdiyi yolda yoluna davam edib.

Başında yol konusu olan sürücünü görən ətrafdakı insanlar və digər sürücülər təəccübləniblər.

Sürücünün bu vəziyyətdə bir müddət traktor idarə etdiyi anlar isə başqa bir sürücünün kamerasına düşüb.

Görüntülərdə traktorun hərəkətdə olduğu, sürücünün isə başına yol konusu keçirdiyi görünür.

Eltac

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью