525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə İspaniya çempionatının 5-ci divizionunuda çıxış edən "Kolindres" komandasının qapıçısı rəqiblə toqquşma zamanı başından zərbə alıb və 2 gün sonra vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
"Kolindres"in şənbə günü "Revilya" ilə oyunu zamanı Raul Ramires rəqib hücumunun qarşısını kəsərkən rəqiblə toqquşub.
Qapalı kəllə-beyin travması alan 19 yaşlı qapıçı huşunu itirib, hətta ürəyi dayanıb. Məşqçi və azarkeşlərdən birini köməyi ilə ürəyin fəaliyyətini bərpa etmək mümkün olub.
Təcili yardımla xəstəxanaya çatdırılan gənc dünən reanimasiyada vəfat edib.
L.Tağıyeva