Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı

25.09.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Gəncə şəhərində keçmiş həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub.

BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə 2025-ci ildə şəhərdəki fərdi yaşayış evlərinin birində baş verib.

İstintaq orqanı tərəfindən Elariz Hüseynovun (şərti-red.) barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Elariz istintaqa ifadəsində bildirib ki, hadisə baş verən gün axşam saatlarında həyat yoldaşı Sevda (şərti-red.) ilə evə gəlib:

"Onunla aramızda rəsmi nikah yox idi. Evdə Sevdadan yemək hazırlamasını istədim, o isə imtina etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Bu zaman əlində qaynar çaydan tutmuş Sevdanı itələdim. O, çaydandan suyu mənim üzərimə atdı. Mən də qapının yaxınlığında olan çəkici götürüb ona tərəf tulladım. Çəkic başına dəydi. Daha sonra evdən getdim. Biz yenidən ayrı yaşamağa başladıq.

Uzun müddət sonra Sevdanın evinin qarşısından keçirdim. Bu zaman onun mənzilinə girməyi qərara aldım. Evə daxil olanda əsəbi vəziyyətdə idim. Sevdaya yaxınlaşanda o, əlinə bıçaq götürərək üstümə gəldi. Əlindən tutub bıçağı almağa çalışarkən ehtiyatsızlıqdan onu yaraladım. Hadisəni qısqanclıq zəminində və spirtli içkinin təsiri altında törətmişəm".

Sevda isə bildirib ki, Elarizlə 2004-2015-ci illər ərzində rəsmi nikahda olub:

"Birgə nikahdan 3 uşağımız var. Elariz pəncərədən evə girib, mən onda yatmışdım. Məni bıçaqla vurdu, səbəb qısqanclıq idi. İki il əvvəl də mənə qarşı zorakılıq törətmişdi. Çəkiclə başımı yarmışdı, qolumu sındırmışdı. Həmin hadisə nəticəsində baş nahiyəmdə 9 tikiş qoyulmuşdu".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elarizin əməli Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddəsinə tövsif edilib və Elariz 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью