Basketbol Federasiyasından təcili qərar SON DƏQİQƏ İdmanXəbər

25.12.2024

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Azərbaycan Basketbol Federasiyası 9-cu turun qalan oyunlarını təxirə salıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb sabah ölkədə elan edilmiş matəmdi. Matçların hansı tarixdə keçiriləcəyi hələlik bəlli deyil. 

Xatırladaq ki, IX turda baş tutmalı olan “Sabah” – NTD görüşü (64:98) dünən keçirilib.  Geridə qalan oyunlar isə təxirə salınıb.

Qeyd edək ki, Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olub. Bu səbəbdən də ölkə başçısı dekabrın 26-da matəm elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью