Basketbol klubu rekord məbləğə satılacaq

21.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston Seltiks" klubu rekord məbləğə satılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Sportico" məlumat yayıb.

Məlumata görə, Uilyam Çisholmun rəhbərlik etdiyi şirkət və "Sixth Street" şəxsi investisiya fondu "Seltiks"in sahibləri olan Qrausbek ailəsi ilə klubu almaq üçün razılığa gəlib.

Razılaşmanın məbləği NBA tarixində rekord 6.1 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, "Boston Seltiks" 1946-cı ildə yaradılıb və 18 dəfə NBA çempionu olub. Hazırkı mövsümdə komanda Şərq Konfransının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью