Basketbol kubokuna start verildi

25.12.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bakı İdman Sarayında Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.

Ölkə kubokunda mübarizə aparacaq komandalar haqqında videoçarxın nümayişindən sonra püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları mübarizəyə 1/4 finaldan başlayacaqlar.

1/8 finalda isə “Şəki” – “Sərhədçi”, “Neftçi” – “Lənkəran”, NTD – “Sumqayıt”, “Naxçıvan” - “Quba” komandaları, qarşılaşacaqlar.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 1/8 final mərhələsinin oyunlarının 2026-cı il yanvarın 13–14-də keçirilməsi nəzərdə tutulub. 1/4 final matçları isə fevralın 18-22-də təşkil olunacaq.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью