Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Basketbol Liqasında IX turun sabah keçirilməli olan "Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" oyunları matəm günü ilə bağlı təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.
2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Son məlumata görə, 32 nəfər sağdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.