Basketbol Liqasının oyunları 2 telekanalda yayımlanacaq

03.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasının (ABL) oyunları 2 telekanalda yayımlanacaq.

Fanat.Az xəbər verir ki, bununla bağlı ABL-in oyunlarının əsas yayımçısı olan "CBC Sport" telekanalı açıqlama yayıb.

Bildirilib ki, yeni mövsümdən etibarən basketbol üzrə ölkə çempionatının oyunlarının bəziləri həftəsonu keçirildiyindən həmin qarşılaşmaları yayımlamaq çətin olur. Bunlar nəzərə alınaraq, “CBC Sport” telekanalının yayımlaya bilməyəcəyi matçlar “İdman TV” tərəfindən göstəriləcək.

Lakin matç seçimi və bu kimi digər məsələlərdə üstünlük “CBC Sport” telekanalında qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью