Basketbol məşqçiləri sentyabrda imtahan verəcəklər

31.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Basketbol Federasiyası (ABF) B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirlib ki, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq.

Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsinə malik mütəxəssislərin isə B kateqoriyasına yüksəlməsi üçün nəzərdə tutulub. Sentyabrın 12-də məşqçilik seminarı, ertəsi gün isə yazılı və praktiki imtahanlar keçiriləcək.

2026/2027 mövsümü üçün qüvvədə olan yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, həmçinin ABF bayrağı altında keçirilən yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyası tələb olunur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью