Basketbol millimiz İrlandiyaya MƏĞLUB OLDU

22.11.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsində A qrupunda üçüncü oyununu keçirib. 
Bizim.Media xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv İrlandiyanın qonağı olub. 
Matç irlandların qələbəsi ilə yekunlaşıb:
İrlandiya – Azərbaycan 91:67 (25:12, 23:13, 23:20, 20:22)
Azərbaycan millisi: Kamran Məmmədov (8 xal), Cordan Devis (25), Ulaş Turqut (5), Orxan Aydın (10), Sadettin Donat (4), Amil Həmzəyev (3), Zaur Paşayev (6), Şirzad Şirzadov ( 4), Əkbər Məmmədov (2), Elşad Şirzadov, Ercan Donat, Cəbrayıl Əkbərov.
Xatırladaq ki, milli startda İsveçrəyə uduzub (53:72), daha sonra Kosovoya qalib gəlmişdi (87:77).
Rəşad Rafiqoğlu, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью