Basketbol millimiz seçmə mərhələdə son sınağına çıxır

05.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi “EuroBasket-2029”un ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda A qrupunun altıncı turunda İrlandiya yığmasını qəbul edəcək.

Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 10 xalla liderdir. Lüksemburq 7 xalla ikinci, İrlandiya isə 6 xalla dördüncü sıradadır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью