Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub AZƏRTAC

19.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 yanvar, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub. AZƏRTAC xəbər verir ki, turun son oyunu B qrupunda reallaşıb. "Şəki" doğma meydanda "Quba"nı 78:56 hesabı ilə üstələyib. Qeyd edək ki, daha əvvəl A qrupunda "Sabah" "Sərhədçi"yə 85:78, NTD "Abşeron"a 87:77, "Neftçi" "Naxçıvan"a 73:63 hesabı ilə qalib gəlib. B qrupunda isə "Ordu" "Sumqayıt"ı 89:82, "Gəncə" isə "Lənkəran"ı 79:66 hesabı ilə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью