Basketbol üzrə Azərbaycan çempionu müəyyənləşdi

14.05.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Metbuat.az xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları bu gün final seriyasının 6-ci oyununda üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma "bayquşlar"ın 83:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasında hesabı 4:2 edən "Sabah" komandası Azərbaycan çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью