Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib AZƏRTAC

20.01.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 yanvar, AZƏRTAC

Basketbolun 5x5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib.

Bu barədə AZƏRTAC-a 39 yaşlı oyunçunun özü məlumat verib.

O, bundan sonra 5x5-də oynamayacağını bildirib.

Təcrübəli basketbolçu hələlik 3x3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.

Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью