Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 25 noyabr, AZƏRTAC Kişi basketbolçulardan ibarət Türkiyə millisi Avropa çempionatına vəsiqə qazanıb.AZƏRTAC xəbər verir ki, Ergin Atamanın rəhbərlik etdiyi yığma B qrupunda Macarıstan seçməsini 81:76 hesabı ilə məğlub edərək növbəti dəfə bu uğura nail olub.Bu nəticə ilə sona iki tur qalmış qrupu ilk "üçlük"də bitirməyi təmin edən "ay-ulduzlular" 26-cı dəfə Avropa çempionatında iştirak hüququ qazanıb.Qeyd edək ki, 2025-ci ilin avqustun 27-dən sentyabrın 14-dək təşkil olunacaq turnirə Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.