Basketbol üzrə U 12 liqasına start verilib

10.03.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Basketbol üzrə oğlanlar arasında U-12 liqasına start verilib.

Apasport.az xəbər verir ki, Liqanın reqlamentinə əsasən Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun hər birinin U-12 komandası çempionluq uğrunda mübarizə aparacaq.

Klublar ABL-də olduğu kimi "A" və "B" qruplarında yarışacaqlar.

"A" qrupu - "Sabah" U-12, "Naxçıvan" U-12, "Neftçi" İK U-12, "Abşeron" U-12, "Sərhədçi" U-12, NTD U-12

"B" qrupu - "Gəncə" U-12, "Şəki" U-12, "Ordu" U-12, "Sumqayıt"U-12, "Quba" U-12, "Lənkəran" U-12

Dairəvi sistemlə iki dövrəli, yəni 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlamış klublar pley-off 'un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, U-12 liqasının oyunları Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.

“Gəncə”nin baş məşqçisi: “Ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq” "Gəncə"dən növbəti qələbə Erhan Toker: “Bu dəfə səhvlərimizi düzəldə bildik” ABL: “Abşeron”dan inamlı qələbə “Şəki”nin baş məşqçisi: “Kubok mənim üçün vacib deyil”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью