Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Basketbol Assosiasiyasının (MBA) sabiq oyunçusu, 2013/14 mövsümündə Şimali Amerika liqasının ən yaxşı yeni oyunçusu Maykl Karter-Uilyams Nyu-Yorkda keçirilən "Broad Street Brawl" xeyriyyə tədbiri zamanı boks qaydalarına əsaslanan həvəskar döyüş keçirib.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı məşhur basketbolçu üç raundlu qarşılaşmada hakimlərin yekdil qərarı ilə amerikalı Sem Xativə qalib gəlib.Karyerasını 2023-cü ildə bitirən Karter-Uilyams MBA-da “Filadelfiya”, “Miluoki”, “Çikaqo”, “Şarlott”, “Hyuston” və “Orlando” klublarında çıxış edib.
Döyüşdən sonra idmançı bildirib ki, bu, rinqə ilk və sonuncu çıxışı deyil və yaxın zamanda növbəti döyüşünü də keçirəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.