Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionuna qələbə ilə başlayıb.
Belə ki, millimiz qrupdakı birinci oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.
Komandamız qrupda növbəti oyununu dünən, Bakı vaxtı ilə gecə saatlarında Ukrayna seçməsinə qarşı keçirməli idi.
M.HACIXANLI XQ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.