Basketbolçuları aparan avtobus aşdı Ölənlər var

15.06.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyanın Seara ştatında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qələbə qazandıqları yarışdan qayıdan basketbol komandasını daşıyan avtobus aşıb.

Moderator.az bu barədə Aif.ru saytına istinadən xəbər verir.

Avtobusun içində təxminən 40 nəfər olub. Qəza nəticəsində yeddi oyunçu həlak olub. Daha 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq təcili olaraq xəstəxanalara çatdırılıb.

Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью