Basketbolçularımızdan Airom Cup a uğurlu start FOTO

23.06.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması "Airom Cup" beynəlxalq turnirinə uğurlu start verib.

İdman.biz xəbər verir ki, U-16 millimiz Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş yarışda bu gün iki oyun keçirib.

Basketbolçularımız ilk görüşdə Qazaxıstanın "Aul Sport" klubu ilə qarşılaşıb və 72:32 hesablı qələbə qazanıb. Qızlarımız ikinci oyununda isə Qazaxıstanın digər təmsilçisi "Barsy Atrau" komandasını 78:43 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, millimiz sabah növbəti oyunlarını keçirəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью