Başlıqsız KONKRET

02.12.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulda güclü yanğın başlayıb – VİDEO

İstanbulun Silivri rayonunda yerləşən “Botaş” şirkətinə məxsus yeraltı qaz anbarı kompleksində güclü yanğın baş verib. Hadisə nəticəsində əraziyə onlarla yanğınsöndürən briqada və xilasedicilər cəlb olunub.

KONKRET.az bildirir ki, Türkiyə mediasının verdiyi məlumata görə, yanğın baş verən əraziyə yaxın yerlərdə yaşayan sakinlər təxliyə olunub.

Təhlükəsizlik məqsədilə obyektə təbii qazın verilişi müvəqqəti olaraq dayandırılıb.

Hadisənin dəqiq səbəbi hələ müəyyən olunmayıb. Hadisə yerində araşdırma davam etdirilir.

Qeyd edək ki, “Botaş”ın Silivridəki bu obyektində təxminən 4,6 milyard kubmetr təbii qaz saxlanılır. Bu anbar Türkiyənin qaz ehtiyatlarının mühüm hissəsini təşkil edir və ölkənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью