Başlıqsız KONKRET

28.11.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda avtomobil hasara çırpılıb.

KONKRET.az xəbər verir ki,hadisə köhnə Ələt-Astara magistralının Lənkəran şəhərində, “Ləvəngi dairəsi” adlanan ərazidə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanan avtomobil söndürüldükdən sonra xilasedicilər tərəfindən deformasiyaya üğramış avtomobildən 1 nəfərin meyiti və iki nəfər yaralı halda çıxarılıb.

Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı avtomobil Xalça fabrikinin hasarına çırpılması nəticədə qəzaya uğrayan maşında yanğın baş verib. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Vüqar Ağazadə hadisə yerində həyatını itirib. Maşında olan digər iki nəfər – 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və həmyaşıdı İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzada ölən Vüqar Ağazadə uşaq yaşlarında valideynlərini itirib. O, yaxın qohumlarının himayəsində böyüyüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью