Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tədris prosesinin dayandırıldığı hallarda şagirdlərin təhsilinin davam etdirilməsi prioritetlərdən biridir. Bu zaman iki əsas yanaşma gündəmə gəlir: şagirdlərin başqa məktəblərə yönləndirilməsi və onlayn təhsil modeli. Hər iki metodun üstünlükləri və çatışmazlıqları mövcuddur. Seçim isə daha çox infrastruktur və şəraitdən asılı olaraq dəyişir. Tədris keyfiyyətinə təsir edən bu amillər geniş şəkildə qiymətləndirilir.
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a bildirib ki, son iki ildə məktəblərin optimallaşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi təşəbbüs həyata keçirilirib.
"Artıq bu təşəbbüs çərçivəsində 300-400-ə yaxın məktəb daha böyük məktəblərə birləşdirilib. Bunlar əsasən yaxın məsafəyə daşınması mümkün olan məktəblər idi. Amma iki-üç gün əvvəl Nazirliyin digər təşəbbüsü də məlum oldu ki, 100-dən artıq ucqar ərazidə modul tipli məktəblər açılacaq. Bu isə o deməkdir ki, həmin məktəblərin fəaliyyətə başlaması kəndlərdən başqa ərazilərə köçün qarşısını müəyyən qədər ala biləcək".
Ekspert deyib ki, əgər kənddə məktəb yoxdursa, təbii olaraq, orada gənc ailələrin qalması çətinləşir:
"Onlar məktəb şəraitinin daha yaxşı olduğu şəhərlərə və ya böyük qəsəbələrə köçür, iş axtarır və əlavə problemlərlə qarşılaşırlar. Modul tipli məktəblərin qurulması isə insanlara kənd həyatında qalaraq yaşamağa davam etmək imkanı yaradacaq.
Onlayn təhsil modelinə gəldikdə isə, bununla bağlı da artıq müəyyən təşəbbüslər var. Belə məktəblər var ki, şagird sayı azdır, bəzilərində 10-20, bəzilərində isə 30-a yaxın şagird təhsil alır. Həmin məktəblərdə tədris saatı az olan bəzi fənlər üzrə müəllim tapmaq çətin olur. Maaşın az olması və motivasiyanın aşağı səviyyədə qalması səbəbindən müəllimlər bu vakansiyalara maraq göstərmirlər. Buna görə də təşəbbüslərdən biri odur ki, şagirdlər məktəbə gəlməklə yanaşı, onlayn qaydada savadlı və peşəkar müəllimlərdən dərs alsınlar. Yəni coğrafiya, fizika, kimya və tədris saatı az olan digər fənlər üzrə müəllim çatışmazlığı olduğu hallarda dərslər onlayn formada keçiriləcək. Bu da bütün məktəblərdə sürətli internetin təmin olunması hesabına şagirdlərin daha keyfiyyətli müəllimlərdən təhsil almasına şərait yaradacaq".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a bildirib ki, son iki ildə məktəblərin optimallaşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi təşəbbüs həyata keçirilirib.